Dünya

Atatürk sevgisi Ginnesə sığdı - FOTO

27 Avqust 2014 09:58
1 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dəfə fləş-mobda 6 min nəfər iştirak edib

Türkiyədə Zəfər bayramının 92-ci ildönümü münasibətilə 6 min nəfər böyük Atatürk portreti və onun imzasınını meydana gətirib.

Anspress-in məlumatına görə, insanlardan meydana gələn portret böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Bununla da keçən il "29 oktyabr - Cümhuriyyət bayramı" günü üçün hazırlanan Atatürk portreti rekordu təzələnib. Həmin fləş-mobda 5 900 nəfər iştirak etmişdi.

Anıtqəbirdə meydana gətirilən 6 000 nəfərdən ibarət ən böyük portretin ətrafında 12000 nəfərə yaxın insan toplaşıb.

Rekord göstərici 3 saat yarım davam edib. İştirakçılar təxminən 30 dəqiqə hərəkətsiz vəziyyətdə qalıblar. Layihə rəhbəri fotoqraf Cumhur Aygündür.

Qeyd edək ki, bu fləş-mob avqustun 30-unda keçiriləcək Zəfər bayramı tədbiri üçün hazırlıqdır. Zəfər bayramı Türkiyə Cümhuriyyətinin milli bayramıdır. Hər il avqustun 30-da qeyd olunur. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün keçirilən bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.