Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna qan ağlayır: Slavyanskdan qorxunc xəbərlər, daha bir şəhər əldən çıxdı - YENİLƏNİB
6 May 2014 14:08
3 Şərh
Baxış: 3 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:08
Rusiyayönümlü fəallar Ukraynanın Donetsk vilayətinin Debaltsevo Şəhər Şurasını ələ keçiriblər. Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, Debaltsevo ərazisindən Rusiyadan və əks istiqamətdə dəmiryol daşımaların böyük hissəsi keçir.
Rusiyayönümlü fəalların təzyiqi altında Şəhər Şurasının deputatları mayın 11-nə təyin edilmiş regionun statusu haqqında referendumu dəstəkləmək qərarına gəliblər.
Dinc yolla binanını ələ keçirənlər heç bir maneə ilə rastlaşmayıblar.
X X X
Ukrayna prezidenti vəzifəsini icra edən parlamentin spikeri Aleksandr Turçinov Odessa Dövlət Vilayət Administrasiyasının rəhbərini dəyişib.
Trend-in çərşənbə axşamı "RBK-Ukrayna" saytına istinadən verdiyi məlumata görə, yeni administrasiya rəhbəri İqor Palitsa təyin edilib.
O, bu vəzifədə Vladimir Nemirovskini əvəzləyib.
---------
12:10
Ukraynanın şərqində keçirilən antiterror əməliyyatı zamanı 30-dan çox terrorçu öldürülüb.
APA-nın məlumatına görə, bu barədə özünün "Facebook" səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
"Biz 4 nəfəri itirmişik, 20 nəfər yaralımız var. Terrorçulardan isə 30 nəfər öldürülüb, onlarla yaralı var. Onların arasında xeyli sayda krımlı var, rusları da görmək olar. Bu gün çeçenlər də olub", - deyə o vurğulayıb.
---------
11:17
Mayın 2-də Ukraynanın Odessa şəhərində baş verən hadisələrdən sonra 46 nəfərin həlak olması ilə yanaşı, 48 nəfər də itkin düşüb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, morqlarda onlarla adamın cəsədi tanınmaz halda qalıb.
Şəhərin yeni təyin edilmiş milis rəisi İvan Katerinçuka xalq tərəfindən güclü basqı var. İnsanlar cinayətkarların tezliklə aşkar edilərək cəzalandırılmasını tələb edirlər.
Ötən səhər isə şəhər 2 may hadisələri zamanı həlak olmuş insanlarla vidalaşıb. 6 nəfər, o cümlədən anti-maydan mövqeyinə görə seçilən deputat Vyaçeslav Markin dəfn edilib.
Kiyev hökuməti isə şəhərə elit qvardiya göndərib.
--------
09:23
Son məlumatlara əsasən, mayın 5-də Ukraynanın Slavyansk şəhəri ətrafında döyüşlərdə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə RBC saytına Slavyansk özünümüdafiə qüvvələrinin qərargahında bildiriblər.
Bundan əvvəl Semyonovka kəndi yaxınlığında federallaşma tərəfdarları və Ukrayna hərbçiləri arasında baş verən toqquşma barədə məlumat yayılıb.
Anti-terror əməliyyatı keçirildiyi ərazidə dəmiryolu nəqliyyatının fəaliyyəti və avtobusların hərəkəti tamamilə dayandırılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar