Milli.Az The Salt Lake Tribune-a istinadən bildirir ki, Solt Leyk Siti şəhərindəki "Yunta" məktəbində 40 şagird valideynlərinin məktəb rəhbərliyinə olan borclarına görə naharlarından məhrum olublar.
Olay yanvarın 28-də yaşanıb və iki gün sonra bu barədə artıq ABŞ Konqresinin üzvləri danışmağa başlayıblar.
Senator Todd Velerin dediyinə görə, məktəb rəhbərliyi çox pis davranıb: "Bununla belə, valideynlər uşaqların məktəblərdəki naharlarının pulunu
ödəməlidir".
Naharı əlindən alınıb zibilliyə atılmış 11 yaşlı qızın anası Erika Lyuksun dediyinə görə, uşaqlar məktəb yeməkxanasına yollansalar da, naharlarını ala bilməyiblər: "Borca görə naharları zibilxanaya atdılar. Uşaqlar yalnız süd içib meyvə yeyiblər. Məktəb rəhbərliyinin bu qərarı çox ağrılı, aşağılayıcıdır".
Qalmaqal böyyəndən sonra məktəb rəhbərliyi baş vermiş hadisəyə görə məktəblilərdən və onların valideynlərindən üzr istəyib.
Milli.Az





