Dünya

Azərbaycanlılar Rusiyada etiraza qalxdılar - VİDEO

31 Yanvar 2014 18:36
0 Şərh     Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni partiya müxalifəti tənqid etməklə başladı

Azərbaycanlılar Rusiyanın Kazan şəhərində etiraz aksiyası keçiriblər.

AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, həmyerlilərimizin növbəti mitinqi fevralın 4-nə planlaşdırılıb.

Etiraz aksiyalarına səbəb yanvarınn 29-da Kazanda kənd təsərrüfatı bazarının bağlanması olub. Belə ki, bazarda Fövqəladə Hallar Nazirliyinin müfəttişlərinin apardığı yoxlamalar nəticəsinə məlum olub ki, bazarda yanğından təhlükəsizlik, sanitar-gigiyena qaydalarına əməl olunmayıb. Məsələ ilə bağlı Kazan Şəhər Prokurorluğu da məhkəməyə bazarın bağlanması üçün müraciət edib. Məhkəmə prokurorluğun müraciətini qəbul edib və bazar yanvarın 29-dan bağlı elan olunub.

Bazarın bağlanması təkcə orada işləyən azərbaycanlılar üçün deyil, həm də bazar rəhbərliyi və əlaqədar iş adamları üçün gözlənilməz olub. Onlar bazarın bağlanmasının səbəbinin araşdırılması üçün baş nazir İldar Xalikova məktub yazıblar.

Qeyd edək ki, sözügedən bazarın 300-ə yaxın işçisi olduğu bildirilir. Onların əksəriyyəti isə həmyerlilərimizdir.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.