Dünya

Ana və 8 uşağı diri-diri yandı

31 Yanvar 2014 17:41
0 Şərh     Baxış: 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da baş verən dəhşətli olayda yalnız ata və 11 yaşlı qızı sağ qalıb

Amerika Birləşmiş Ştatlarının Kentukki ştatında dəhşətli yanğın hadisəsi baş verib. Ştatın Depoy şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində ana və onun 8 uşağı diri-diri yanıb.

Anspress-in məlumata görə, 35 yaşlı qadın 15, 14, 13, 9 və 8 yaşlı övladları, eləcə də 4 yaşlı əkiz oğlanları ilə birlikdə yanan evdən çıxa bilməyib. Dəhşətli olayda yalnız ev sahibi, 36 yaşlı ata və onun 11 yaşlı qızı xilas ola bilib.

Polisin məlumatına görə, yanan evin dam örtüyü ana və övladlarının yatdığı otağın üstünə düşüb. Yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.