Cenevrədə BMT-nin İnsan hüquqları üzrə ali komissarının İdarəsi Kiyevdən daxil olan ölüm, işgəncə və insan oğurluğu haqqında məlumatların dəqiq və müstəqil araşdırılmasını tələb edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İdarənin nümayəndəsi Rupert Kolvil brifinqdə bildirib.
O qeyd edib: "Son günlər biz Kiyevdən insan ölümü barədə məlumatlar alırıq. Bu məlumatlar dəqiq və müstəqil araşdırılmalıdır. Biz, həmçinin rəsmi Kiyevi daxil olan insan oğurluğu və işgəncə barədə məlumatları araşdırmağa çağırırıq".
Onun sözlərinə görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cenevrə nümayəndəliyi Prezident Viktor Yanukoviçlə Ukrayna müxalifəti arasında dialoqun başlanmasını alqışlayır.
R.Korvil əlavə edib: "Biz bu dialoqun davamlı olmasına və Ukraynanın təsdiqlədiyi insan haqları üzrə beynəlxalq müqavilələrə tam hörmətlə əsaslanmasına çağırırıq. Biz Ukrayna Prezidentini yanvarın 16-da təqdim edilmiş sənədləri ləğv edən yeni qanunu imzalamağa çağırırıq".
İdarənin nümayəndəsi deyib ki, BMT Kiyevdə hökuməti və nümayiş iştirakçılarını dialoqu davam etdirməyə və münaqişənin dinc yolla nizamlanması üçün bütün ilkin şərtləri yaratmağa çağırır.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.
Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.
Milli.Az
Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
BMT: Ukraynada insan ölümü və işgəncə haqqında məlumatlar dəqiq araşdırılmalıdır
31 Yanvar 2014 17:14
0 Şərh
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qışda hamının etdiyi səhv - Evdə uşaq varsa, nəticəsi daha da pis olur
-
"100 mini Aysun verdi, qalanını Fazil müəllim həll edəcək"
-
Qida Agentliyi Yeni il hədiyyələri ilə bağlı hərəkətə keçdi
-
Balaəlinin ailəsində xoş gün
-
Kafedə dalaşanları ayırmaq istədi, öz canından oldu...
-
Elektron siqaret xərçəng yarada bilər - Professor
-
“Xəstələndiyini hospitalda öyrəndik, ağır vəziyyətdə idi” - Əsgər atası
-
Sədərəkdə arvadını bıçaqlayan 68 yaşlı kişi tutuldu
-
Aysundan Rəqsanəyə İRAD: "Səhv deyirsən" - VİDEO
-
"Telegram" 128 min manat cərimələndi
-
Elektron siqaretlər niyə qadağan olunur? - Deputat açıqladı
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
-
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı - FOTO
-
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı - FOTO
-
“Barselona”nın futbolçusunu güllələdilər - FOTO
-
Damarları daraldır, infarkt riskini artırır - Azərbaycanda da qadağan edilir
-
Şahruddin əməliyyat olundu
-
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTV-yə bu kadrlara görə xəbərdarlıq edilmişdi
-
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var
-
Arda Gülerdən 20 milyon dollarlıq JEST
-
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı - FOTO
-
Rus kürüsü Trampa necə çatdı?
-
Aİ-nin Cənubi Qafqazda "alov" axtarışı - Külə dönən nüfuz...
-
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" - Peskov





