Dünya

16 ay qayıqla okeanın ortasında qaldı

31 Yanvar 2014 16:05
0 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sakit Okeandakı Marşall adalarında 16 ay dənizin ortasında qalmış şəxsi tapıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, səyahət zamanı onun qayığının mühərriki xarab olub. Bu səbəbdən də heç yerə hərəkət edə bilməyib. Xose İvan adlı Meksika vətəndaşını Marşall adalarına daxil olan Ebon adasının sakinləri tapıblar.

İvanla birlikdə başqa bir dostu da səyahət edirmiş. Ancaq həmin şəxs bir neçə ay öncə vəfat edib. Dənizdə tənha qalarkən tısbağa, balıq və quşlarla qidalanıb. Yağış suyu və tısbağa qanı içib.

Hazırda İvanın Marşall adalarının paytaxtı Macuroya göndərilməsi müzakirə olunur. Ölkənin xarici işlər nazirliyi onun taleyi ilə bağlı Meksika ilə danışıqlar aparacaq.

İvan və dostu 2012-ci ilin payızında Meksikadan Salvadora yola düşüblər. Onların nə üçün belə bir səyahətə qərar verdikləri hələ ki, bəlli deyil.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.