Dünya

Adət dəhşəti: hamilə gəlini boğub öldürdülər

31 Yanvar 2014 13:49
1 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Türkiyənin Şanlıurfa vilayətinin Viranşehir rayonundakı Sergen Mezrasının yaxınlığında 5 ay əvvəl bir qadın hamilə olduğu aşkarlananda kənddən çıxarılmışdı.


19 yaşlı qadını ailə üzvləri, qohumları hədələyirdilər. Onlar 3 aylıq hamilə olan qadını öldürəcəklərini deyirdilər. Üstəlik, qadın sürəkli döyülürdü.

Diyarbəkirdəki Qadın Sığınma Evinə aparılmış qadın dəhşətdən qurtulduğunu düşünürdü.


Milli.Az AHT-yə istinadən bildirir ki, zavallı qadın yanılıbmış.

Gənc qadının iki əmioğlusu Sığınma Evinə gedərək onun bağşılandığını, ailəsinin evdə onu gözlədiyini deyiblər. Qadın onlara inanıb.


Lakin sonra qadın itkin düşüb.

19 yaşlı qadının ata-anası ondan xəbər almayınca polisə yollanıblar.


Axtarışlar 5 gün sonra sonuclanıb.


Qadının cəsədi kənddən 5 km aralıdakı quyudan çıxarılıb. Polisdən verilən məlumata görə, hamiləliyin 8-ci ayında olan qadını vəhşicəsinə döyən əmioğulları onu sonradan iplə boğublar və cəsədi quyuya atıblar.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.