Dünya

Sarkisyana Avropada çılğın qarşılanma mərasimi: "Serjik, çıx get!"

31 Yanvar 2014 11:27
0 Şərh     Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün Praqada yaşayan bir qrup erməni əllərində "Biz Gömrük İttifaqının əleyhinəyik!", "Oliqarxiyaya son qoyun!", "Serjik, çıx get!" sözləri ayzılmış plakatlarla prezident Serj Sarkisyanın çexiyalı həmkarı ilə görüş keçirdiyi Çexiya prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirirlər.

Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər yayıb.

Aksiya iştirakçıları qeyd ediblər ki, Ermənistan qarşısında duran mühacirət, işsizlik kimi problemlərlə əlaqədar öz etiraz səslərini qaldırmaq üçün burada toplaşıblar.

Çexiyada yaşayan erməniləri Ermənistan prezidentinin Rusiyanın təşəbbüsü olan Gömrük İttifaqına daxil olmaq barədə qərarı narahat edir. Onlar hesab edirlər ki, Ermənistan vətəndaşlarının rəyini soruşmadan belə qərar qəbul etmək olmaz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.