Dünya

Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb

7 Oktyabr 2026 22:37
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın bu gün Ukraynaya endirdiyi kütləvi zərbələr nəticəsində 25 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Ukraynaya endirilən kütləvi zərbələrdən sonra həlak olanların sayı ümumilikdə 25 nəfərdir. 100 nəfər yaralanıb. Zərbə kombinasiyalı olub: çox sayda ballistik raket, çox sayda qanadlı raket, "Shahed"lər. Gündüz saatlarında "Shahed"lər və aviasiya bombaları ilə yeni zərbələr endirildi", - o, bildirib.

Ukrayna lideri Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsinin, habelə hava hücumundan müdafiə daxil olmaqla, Ukraynaya dəstək üçün əlavə tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

"Biz tərəfdaşlardan operativ tədarüklərə və kifayət qədər istehsalın təmin olunacağına böyük ümid edirik. Qərar qəbul edən bütün tərəflərlə daim əlaqə saxlayırıq. Tədarük qrafikinə əməl olunmalıdır", - o, yekunlaşdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.