Amerika

Tramp: İranla müharibə çox tezliklə başa çatacaq

7 Oktyabr 2026 22:46
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı "çox tezliklə" başa çatacaq.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddia edib.

"Müharibəni başa çatdıran kimi neftin qiyməti daş kimi düşəcək. Bu isə çox tezliklə olacaq. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik", - ABŞ Prezidenti deyib.

Trampın fikrincə, neftin qiyməti hətta müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyədən də aşağı düşə bilər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.