Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana yük gətirən iranlı TIR sürücüləri ölkələrinə geri qayıda bilmirlər.
Sürücülər deyirlər ki, İrandan Azərbaycana müxtəlif şirkətlərin yükdaşımalarını həyata keçirirlər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar bildirirlər ki, bir neçə ay əvvəl Hindistandakı şirkətlərdən birindən kermoqranit sifarişi həyata keçirən Emil Məsimovun konteyner dolu yüklərini nəqliyyat-ligistika şirkəti olan "Saba-Rah" şirkətinin sifarişi əsasında15 gün əvvəl BəndərAbbas limanından Bakıya çatdırıblar. Onların sözlərinə görə, sifarişçi Emil Abbasov konteynerləri TIR-ın üzərindən çıxarıb və sürücülərə konteynerləri boşaltdıracağını bildirsə də, 15 günə yaxındır yüklər olduğu kimi konteynerdə saxlanılır.
Beləliklə, şikayətçilər sifarişçi Emil Məsimov ilə "Saba-Rah" şirkəti arasında yaranan problem səbəbindən çarəsiz vəziyyətdə qalıblar.
Sürücülərin sözlərinə görə, yüklər konteynerdən boşaldılıb geri gətirilmədiyinə görə, onlara şirkət tərəfindən cəza ödənişi yazılır. Onlar 15 günə yaxındır TIR-ın içərisində gecələdiklərini deyirlər.
Sifarişçi Emil Məsimov isə deyir ki, fevral ayında "Saba-Rah" şirkəti vasitəsilə Mundra şəhərindən hər birinin qiyməti 2260 dollar olmaqla 3 konteyner sifariş edilib. Lakin onun dediyinə görə, "Saba Rah" şirkəti konteynerlər üçün danışılan məbləğdən əlavə ödəniş tələb edib.
Emil Məsimov bildirir ki, "Saba-Rah" şirkəti ona dəymiş ziyanı ödəmədiyi halda konteynerlərdə olan yükü boşaltmayacaq.
İranın "Saba-Rah" logistika şirkəti ilə də əlaqə saxladıq.
Şirkət nümayəndəsi məsələyə belə aydınlıq gətirdi: "Emil bəy pulu bizə yox, Hindistan şirkətinə ödəyib. Sadəcə olaraq, sürücüləri girov olaraq saxlayıb. Onun Elmir adında dostu var idi. Şirkətə 3300 dollar borcu var idi. 3300 dolları şirkət Emil bəydən tələb etdi. Emil bəy dedi ki, konteyner Azərbaycana gəlməsə, 3300 dolları verməyəcək. Konteyner Bəndər Abbasa çatdı və "Sabah-Rah" şirkəti konteynerlərin yol xərcini Emil bəydən tələb etdi. Emil bəy o pulu ödədi və indi konteyner Azərbaycandadır, amma o boşaltmır".
Şirkət nümayəndəsi məsələ ilə bağlı artıq aidiyyəti qurumlara da müraciət etdiyini bildirib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - (Video)
-
Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - (Video)
-
Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament təsdiqlənib
-
Naxçıvanda oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
-
Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi
-
Büdcədənkənar vəsaitlərin istifadəsinə dair yeni qayda müəyyənləşib
XƏBƏR LENTİ
-
Aleyna Tilki sevgi həyatı barədə: "Küçədə heç kimlə əl-ələ gəzməmişəm"
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir? - (Video)
-
Didem Balçının dəyişimi diqqət çəkdi - (Foto)
-
100 milyon təklif olundu, qəbul etmədi
-
“50 qəpik”də maşın yuyanların diqqətinə
-
Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin (Fotosu)
-
Məhkumlar niyə iş tapa bilmir? - Ədliyyə naziri səbəbi açıqladı
-
Ronaldo Messinin gedişini şərh etdi - “Səni qucaqlayıram...”
-
Macarıstanda baş nazir telefon oğurluğuna görə dindirildi
-
Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - (Video)
-
Nizami rayonunda qaz kəsiləcək
-
Günün qoroskopu: Qeyri-adi addımlar atmaqdan çəkinməyin
-
Binəqədidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Şahmalı onları polislə hədələdi
-
"Real" və "Barselona" növbəti dəfə transfer bazarında rəqib oldu
-
Şakira və Pike 4 ildən sonra üz-üzə gəldi - (Video)
-
Sabah Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Azərbaycanda yeni cəzaçəkmə müəssisələri tikilir - Nazirdən açıqlama
-
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq
-
Zelenski: Bu gün Ukraynaya endirilən zərbələr nəticəsində 25 nəfər ölüb
-
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
-
Soner Olgun süni tənəffüs aparatına qoşuldu
-
Azərbaycanda ən çox edilən estetik əməliyyatlar
-
Berna Laçin saxlanıldı





