Dünya

Aİ-də yanacaq qiymətləri kəskin artdı

22 Avqust 2026 11:02
Baxış: 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rumıniyada Avropa İttifaqı (Aİ) ölkələri arasında yanacaq və sürtkü materiallarının qiymətində ən yüksək illik artım qeydə alınıb. 2026-cı ilin iyulunda onların qiyməti ötən ilin müvafiq ayı ilə müqayisədə 24,2% artıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ümumilikdə Aİ üzrə şəxsi avtomobil nəqliyyatı üçün yanacaq və sürtkü materiallarının qiyməti il ərzində 16,9% artıb. Qiymət artımı birliyin 27 ölkəsindən 25-də qeydə alınıb.

Rumıniyadan sonra ən əhəmiyyətli bahalaşma Almaniya və Litvada - 22,9%, Bolqarıstanda - 22,2%, Niderlandda - 22%, Finlandiyada isə 20,5% olub. Minimal artım İsveçdə (+1,2%) və İrlandiyada (+3,2%) müşahidə edilib. Macarıstanda isə əksinə, qiymətlər 0,1% azalıb.

Aylıq ifadədə iyul ayında Aİ-də dizel yanacağı 4,3%, benzin isə 4,7% bahalaşıb. İyunla müqayisədə dizelin qiymətində ən böyük artım Polşada (+13,4%), Almaniyada (+12,7%) və Yunanıstanda (+12,1%) qeydə alınıb.

Benzin ən çox Polşada - 17,2%, Almaniyada - 11% və İspaniyada - 7,1% bahalaşıb. Eyni zamanda, benzinin qiymətində ən nəzərəçarpacaq azalma İsveçdə (-11,1%), Kiprdə (-5,4%) və İrlandiyada (-4,1%) qeydə alınıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.