Dünya

Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO

31 May 2026 21:58
Baxış: 369
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Myanmanın şimal-şərqində dağ-mədən sənayesi üçün nəzərdə tutulan partlayıcı maddələrin saxlanıldığı binada güclü partlayış baş verib.

Milli.Az xəbər verir ki, bazar günü axşam saatlarına olan qədər dağıntılar altından 6-sı uşaq olmaqla, ümumilikdə 46 nəfərin meyiti çıxarılıb. Partlayış dalğasının təsirindən xəsarət alan daha 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayışın gücündən yaxınlıqdakı 100-dən çox fərdi yaşayış evinə və tikiliyə ciddi ziyan dəyib, bəziləri isə tamamilə uçub. Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir, ölü və yaralı sayının artacağı istisna olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.