Joze Mourinyonun "Real Madrid" planı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyalı mütəxəssis Joze Mourinyonun yenidən "Real Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı iddialar güclənməkdədir.
Milli.Az xəbər verir ki, təcrübəli baş məşqçinin Madrid klubuna mümkün qayıdışı reallaşacağı təqdirdə, komandada köklü dəyişikliklər edəcəyi gözlənilir.
Mourinyo superulduz adlardan ibarət deyil, uğura "ac olan" futbolçulardan qurulmuş bir heyət istəyir. Portuqaliyalı çalışdırıcı öz mentalitetinə uyğun gələn və eqolarını paltardəyişmə otağının qapısında buraxmağa hazır olan oyunçulara üstünlük verəcək.
Mourinyonun rəhbərlikdən xüsusi olaraq 6 yeni futbolçunun transfer edilməsini tələb edəcəyi bildirilir. Onun gücləndirmək istədiyi mövqelər bunlardır:
Müdafiə xətti: 2 mərkəz müdafiəçisi, 1 sağ cinah və 1 sol cinah müdafiəçisi.
Yarımmüdafiə xətti: 2 yeni mərkəz oyunçusu.
Digər tərəfdən, "Real Madrid"də yaxınlaşan prezidentlik seçkiləri də transfer gündəmini qızışdırıb. Klubun prezidentliyinə namizəd olan Enrike Rikelmenin "Mançester Siti"nin ulduz yarımmüdafiəçisi Rodrini Madridə gətirmək istədiyi məlum olub.
Rodriyə yaxın mənbələr Rikelme ilə bu barədə müzakirələrin aparıldığını təsdiqləsələr də, hələlik tərəflər arasında heç bir rəsmi danışığın baş tutmadığını vurğulayıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səmasında indilərdə
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb





