Dünyanın ən isti 50 şəhəri bir ölkədə toplandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprel ayının sonunda qeydə alınan məlumatlara görə, yer üzünün ən yüksək temperatura malik 50 şəhərinin hamısı Hindistanda yerləşir. Mütəxəssislər bu vəziyyətin müasir tarixdə bənzəri olmadığını vurğulayırlar.
Milli.Az xəbər verir ki, dünya miqyasında hava keyfiyyəti və iqlim məlumatlarını izləyən AQI platformasının hesabatına görə, aprel ayının son günlərində qlobal miqyasda rast gəlinməmiş bir təbiət hadisəsi yaşanıb. Planetin ən isti 50 yaşayış məntəqəsinin istisnasız olaraq hamısı Hindistan sərhədləri daxilində qeydə alınıb.
Normal şəraitdə ilin ən isti dövrü olmayan aprel ayında Hindistan daxilində orta maksimal temperatur 44,7 dərəcəyə çatıb. Siyahının zirvəsində yer alan Uttar Pradeş ştatındakı Banda şəhərində isə termometrlər 46,2 dərəcəni göstərərək, həmin gün dünya üzərində ölçülən ən yüksək temperatur kimi tarixtə qalıb.
İqlimşünaslar və tarixçilər Hindistanın daxili hissələrində cəmləşən bu hədsiz istilik dalğasının aprel ayı üçün yüzlərlə rekordu alt-üst etdiyini bildirirlər. Qlobal iqlim böhranının nəticəsi olaraq yay mövsümünün hər il daha tez başladığı və daha şiddətli keçdiyi Hindistanda, temperaturların 2050-ci ilə qədər sağlam insanlar üçün belə "sağ qalma həddini" aşa biləcəyi barədə xəbərdarlıq edilir.
Xüsusilə yaşlılar, uşaqlar və açıq havada çalışan işçilər üçün həyati risk yaradan bu vəziyyət ölkənin kənd təsərrüfatı istehsalı və səhiyyə sistemi üzərində də böyük təzyiq yaradır.
Temperatur artımı ilə birlikdə Hindistan bu il eyni zamanda enerji böhranı ilə də mübarizə aparır. Orta Şərqdəki müharibənin neft tədarükünü məhdudlaşdırması, soyutma ehtiyacının pik həddə çatdığı bir dövrdə ölkəni yanacaqsız qoyub. Önümüzdəki aylar üçün proqnozlar daha da qaranlıq bir mənzərə yaradır.
"El Nino" hava hadisəsinin təsiri ilə musson yağışlarının orta səviyyədən aşağı qalması gözlənilir. Rütubətlə birləşən hiss edilən temperaturun mərkəzi və şərq ştatlarında 50-60 dərəcə kimi təhlükəli səviyyələrə çatacağı proqnozlaşdırılır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur bloqerin avtomobili qaçırıldı
-
Toyda gəlin çətin anlar yaşadı - Köməyinə Aygün Kazımova ÇATDI - VİDEO
-
“Qarabağ” Pedro Bikalyo ilə bağlı QƏRARINI VERDİ
-
Bir neçə dəqiqəyə şəhər "YOX OLDU" - VİDEO
-
Mühafizəçisi öldürülən Dilan Polata daha bir ZƏRBƏ
-
Müharibələrin yaratdığı dərin böhranları güclü iqdisadiyyat deyil, güclü liderlər həll edir - FOTO
-
Qorxunc PROQNOZ: Yoluxanların sayı 20 minə çata bilər
-
Türkiyədə 95 yaşlı məşhur milyarderə cinayət işi açıldı
-
Bu meyvəni səhər yeyin, ürəyiniz sağlam olacaq
-
"Şükür edin ki, 50 yaşım bu ağılda, bu gözəllikdə QALMIŞAM"
-
“Apple”dan şok qərar: Milyonlarla iPhone...
-
Əhaliyə silah paylanıldı: ABŞ-nin hücumuna HAZIRLAŞIRLAR
-
“Qarabağ”ın loqosu Braziliya küçəsində - FOTO
-
Paşinyan Bakıya gələcək - Özü AÇIQLADI
-
Bu ərazimizə qar yağdı
-
“Faciə etməyin, elə bilin bir külək idi, gəldi keçdi” - Mətanətin cavabını VERDİ
-
Mbappe Fransa yığmasının məşqindən GETDİ - Nə baş verir?
-
8-ci mərtəbədən 5-ə YIXILDI - Təhlükəli anlar - VİDEO - FOTO
-
ABŞ-də festival zamanı silahlı HÜCUM: Yaralılar var
-
Rusiyanın bu hava limanı BAĞLANDI
-
Qızıl və gümüş ucuzlaşdı
-
Mərhum əməkdar artistin nəvəsinin TOYU OLDU
-
Türkiyədə sel FƏLAKƏTİ : Ölən və yaralananlar var
-
Bu BÜRCLƏR xüsusi şans qazanacaqlar





