Mühəndislik sərhədlərini aşan yol: Yerdən tam 70 metr hündürlükdə asılı qalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Braziliyada San-Paulo şəhəri ilə sahil zolağını bir-birinə bağlayan "Rodovia dos Imigrantes" magistral yolu sahib olduğu nəhəng viaduk qurğuları və çətin coğrafi şəraitə uyğunluğu ilə diqqət çəkir. Təxminən 58,5 kilometr uzunluğunda olan yol, xüsusilə "Serra do Mar" dağlarını aşan 20 kilometrlik hissəsi ilə beynəlxalq miqyaslı bir mühəndislik layihəsi kimi ön plana çıxır.
Milli.Az xəbər verir ki, bölgənin sıldırım dağlıq quruluşu üzərində inşa edilən marşrutun bəzi hissələri meşə örtüyündən 70 metr hündürlüyə çatan viaduklar üzərində yüksəlir. Bu struktur sürücülərə dağlıq ərazidə belə idarə olunan və təhlükəsiz sürüş təcrübəsi təqdim etməyi hədəfləyir. Geniş döngələr və yamac tarazlığı bölgənin sıx duman və yağıntı kimi çətin meteoroloji şəraitinə uyğun olaraq titizlə planlaşdırılıb.
"Rodovia dos Imigrantes" təkcə struktur xüsusiyyətləri ilə deyil, həm də inteqrasiya olunmuş texnoloji idarəetmə sistemi ilə seçilir. Yol boyu yerləşdirilən meteoroloji stansiyalar, təhlükəsizlik kameraları və dəyişən mesaj tabloları trafik axınına anlıq nəzarət edir.
Görünüş məsafəsinin kritik səviyyəyə düşdüyü qatı dumanlı havalarda tətbiq olunan bu sistemlə hərəkətin təhlükəsiz tempdə davam etməsi təmin olunur.
Marşrut üzərində yerləşən 14 fərqli tünel nəqliyyat xəttinin kəsintisiz davamlılığına töhfə verir.
Layihənin dizayn mərhələsində ekosistemə müdaxilələrin minimuma endirilməsi prioritet hesab edilib. Viaduk dayaqları arasındakı məsafə meşə örtüyündəki təbii həyatı qorumaq məqsədilə maksimuma çatdırılıb. İnşaat və tünel qazıntıları zamanı üzə çıxan su qaynaqlarının təmizlənərək təkrar təbiətə qaytarılması layihənin ekoloji idarəetmə planının bir hissəsi kimi tətbiq olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zaporojyeyə hücum - azı 3 nəfər ölüb
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
XƏBƏR LENTİ
-
Ronaldu antirekordunu təkrarladı
-
Zaporojyeyə hücum - azı 3 nəfər ölüb
-
Bu xəstəliklərin müalicəsi məcburidir, CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
-
Azərbaycanda zəlzələ oldu
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
Abşeronun bəzi ərazilərinə dolu düşəcək
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Xalq artisti od PÜSKÜRDÜ: "Bakıda heç qoçular bunu etməyib!"
-
"Zirə" onu göndərdi





