Ulduz futbolçu İspaniya klubunun sahibi olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əfsanəvi müdafiəçi Serxio Ramos "Five Eleven Capital" investisiya şirkəti ilə birlikdə "Sevilya" klubunun alınmasına dair prinsipial razılıq əldə edib.
Milli.Az xəbər verir ki, bu irəliləyiş beş ay davam edən mürəkkəb danışıqlar prosesinin və əvvəllər digər potensial alıcıları çəkindirən auditin uğurla tamamlanmasının nəticəsidir.
Razılıq Serxio Ramos, "Five Eleven Capital"ın baş direktoru Martin İnk və "Sevilya"nın əsas səhmdarları arasında keçirilən iki saatlıq görüşdən sonra əldə olunub. Bundan bir gün əvvəl isə yanvarın ortalarından bəri davam edən prosesin son detallarını razılaşdırmaq üçün tərəflər arasında doqquz saatlıq gərgin bir sessiya baş tutub.
Ramos "Sevilya"nın aAkademiyasında yetişib, daha sonra "Real" və İspaniya millisinin əfsanəsinə çevrilib. 40 yaşlı futbolçu hələ karyerasını bitirdiyini rəsmən elan etməyib. İspaniya qaydalarına görə isə karyerası davam edən futbolçulara çıxış etdiyi liqada yer alan hər hansı bir klubun pay sahibi olmaq qadağandır. Bu o deməkdir ki, Ramos çətin bir seçim etməlidir. İspaniyalı mərkəz müdafiəçisi ya "Sevilya"nın idarəçiliyinə diqqət yetirmək üçün rəsmən karyerasını bitirməli, ya da karyerasını başqa ölkədə davam etdirməlidir.
"Sevilya" hazırda La Liqada 35 oyundan sonra 40 xalla 13-cü pillədə qərarlaşıb. Komanda aşağı liqaya düşmə zonasında olan "Alaves"i cəmi 3 xal qabaqlayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





