Tiktoker "Eliş"ə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Eliş" ləqəbli tiktoker Elsevər Nəbiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edildikdən sonra dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm elan edilib və o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü "Eliş" ləqəbli tiktoker ötən ilin noyabrında paytaxtın Nəsimi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Tiktokerin üzərinə baxış zamanı bir bükümdə kustar üsulla hazırlanmış 2.389 qram metamfetamin aşkar edilib.
Tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Elsevər Nəbiyev dəfələrlə TikTokda "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında qeyri-etik paylaşımlar, eləcə də narkotiklərin qəbulunu təbliğ edən videolar yayıb. O, bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Daha bir serial final edir - FOTO
-
Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
-
Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə kadrlar paylaşılıb - VİDEO
-
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
-
Hakan Fidan müharibə xəbərdarlığı etdi
-
Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”
-
Tiktoker "Eliş"ə hökm oxundu
-
Ad gününün səhərisi vəfat etdi - FOTO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
"Zirə"nin futbolçusu "Sabah"a qarşı matçda meydana çıxa bilməyəcək
-
UN-HABITAT-ın icraçı direktoru İlham Əliyevə təşəkkür edib
-
İlham Əliyevlə Pakistanın Baş naziri arasında telefon danışığı olub - FOTO
-
"Real Madrid"də köklü dəyişiklik: 9 nəfər göndəriləcək
-
Bakı sakinlərinə xəbərdarlıq: Sabah alternativ yollardan istifadə edin
-
Britaniya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb FOTO
-
İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
Gürcüstandan Azərbaycana xəstə heyvanlar gətirmək istədilər
-
Maştağada yaşayış evi qrunt sularının altında qaldı
-
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
-
Əhalinin banklara etibarı güclənir?
-
Elektron siqaretlərlə bağlı QƏRAR - RƏSMİ
-
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı





