İdman

"Sabah" Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB

13 May 2026 22:00
Baxış: 1 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olub.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Zirə" komandaları üz-üzə gəlib.

"Palms Sports Arena"da keçirilən görüşə saat 20:00-da start verilib.

Matçın baş hakimi Elçin Məsiyev olub.

Gərgin keçən qarşılaşmada qapılara 3 qol vurulub. Görüş "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ötən mövsüm kubokun qalibi "Sabah" olub.

------------

Start heyətlər açıqlanıb.

"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas

"Zirə": 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 26. Stefan Aka 4. Ruan Renato 9. Davit Volkov 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın Ehtiyat oyunçular: 41. Anar Nəzirov 13. Aydın Bayramov 70. Namik Ələskərov 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.