28 marşrutun hərəkət sxemi dəyişdirilir - Bu tarixdən
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.
Milli.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
"Dəyişikliyə əsasən,
Başlanğıc dayanacaq məntəqələri Zabrat, Ramana qəsəbələri və Savalan yaşayış massivi olan 148, 162, 197 və 198 nömrəli marşrutların son dayanacağı Sabunçu dəmiryol stansiyasının qarşısında təşkil ediləcək.
Başlanğıcını Ramana (Gülçülük sovxozu) və Pirşağı qəsəbələrindən götürən 166, 173A və 173B nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Ulduz" stansiyasının yaxınlığında, Xəlil Rza Ulutürk küçəsi olacaq. Avtobuslar Balaxanı yolu ilə hərəkət edəcək.
Başlanğıc dayanacaqları Buzovna və Maştağa qəsəbələri olan 107, 107A və 131 nömrəli, eləcə də Binə qəsəbəsi (Atçılıq yaşayş massivi) olan 168 və 169 nömrəli marşrutların son dayanacaq məntəqəsi metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçəcək.
Başlanğıcını Zabrat və Ramana qəsəbələrindən götürən 118A, 118B və 204 nömrəli marşrutların Bakıxanov qəsəbəsindən keçməklə, həmçinin, başlanğıc dayanacağı Keşlə qəsəbəsi olan 15 nömrəli marşrutun son dayanacağı metronun "Qara Qarayev" stansiyasının yaxınlığında, Azər Manafov küçəsində olacaq.
Başlanğıc dayanacaq məntəqələri Ramana qəsəbəsi olan 214 və 214A nömrəli marşrutların son dayanacağı Naxçıvanski küçəsində, "8-ci kilometr" bazarının yaxınlığında təşkil ediləcək. Avtobuslar Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edəcək.
Başlanğıcını Sabunçu qəsəbəsindən götürən 70 nömrəli marşrut Bakıxanov qəsəbəsindən keçəcək.
Metronun "Azadlıq prospekti" stansiyasından başlanğıcını götürən 71 nömrəli marşrutun son dayanacaq məntəqəsi Ziya Bünyadov prospektində, "Koroğlu" NMM-in yaxınlığında olacaq.
32 və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi "28 May" NMM-dən çıxarılaraq Dilarə Əliyeva küçəsində, Səməd Vurğun bağının yanında təşkil edilir.
"Cəmşid Naxçıvanski adına Hərbi Lisey" istiqamətindən hərəkət edən 60 nömrəli marşrutun avtobusları "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanmaqla fəaliyyət göstərəcək.
18 və 31 nömrəli marşrutların son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsi, Qoşa Qala qapısının yanından çıxarılaraq Əhməd Cavad küçəsində təşkil ediləcək.
199 və M8 nömrəli marşrutların aralıq dayanacaq məntəqəsi - "Gənclik" NMM hərəkət sxemindən çıxarılaraq Əhməd bəy Ağaoğlu küçəsində təşkil olunacaq.
133 nömrəli marşrutun son dayanacağı "Gənclik" NMM-dən çıxarılaraq Fətəli xan Xoyski küçəsində, "Gənclik Mall"un qarşısında təşkil ediləcək.
Hövsan, Mərdəkan qəsəbələri və metronun "Xalqlar Dostluğu" stansiyası istiqamətlərində fəaliyyət göstərən 120E, 121E, 140E və E1 nömrəli ekspres marşrutların fəaliyyəti müvəqqəti dayandırılacaq", - deyə məlumatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağladı
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
ABŞ-də 16 ildən sonra bir gündə 3 edam
-
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağladı
-
UEFA Mahir Emrelinin klubunu böyük məbləğdə cərimələdi
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Marsda gözlənilməz kəşf - FOTO
-
Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
-
"Beşiktaş"a transfer olunan Vlahoviç özü ilə 2 yeşik pomidor gətirib - (Video)
-
İtaliyada 8 milyonluq yaxta batdı - 4 gündür alınmışdı - (Fotolar)
-
FHN: Suda boğulmaların əsas səbəbləri bunlardır
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Yeni və tam təmirli mənzil almaq istəyənlərin nəzərinə
-
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
-
"Dinamo Kiyev" əfsanəsi: "Qarabağ" fırtına qoparan həmin komanda deyil"
-
Fabyen Bartezin yeni iş yeri bəlli oldu
-
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
-
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - 3 qurum birgə məlumat yaydı
-
Hava pisləşəcək: Güclü leysan, çaylardan sel keçəcək
-
Messi: “Ayaqlarımda daha güc qalmayıb"
-
Canlı yayımda söyüş söyən tiktoker saxlanıldı





