Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Fərmana dəyişiklik edilib.
Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına, habelə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin eyni statuslu vəzifəli şəxsləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına edəcəyi səfərlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılacaq, səfərlərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
Səfərin proqramı (səfər üzrə hər bir tədbirin adı, məzmunu, iştirakçıları, yeri, tarixi) və əhəmiyyəti, tədbirdə əyani iştirakın zəruriliyi, ezamiyyə xərcləri və digər xərclər, maliyyələşmə mənbəyi, səfərdən gözlənilən nəticələr (effektivliyə dair proqnoz), nümayəndə heyətinin rəhbəri, digər üzvləri və onların iştirakının zəruriliyi barədə məlumat səfərin başlanmasına ən geci on beş iş günü qalmış təqdim edilməlidir. Məlumatı bu müddət ərzində üzrlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat üzrlü səbəblər əsaslandırılmaqla daha qısa müddətdə təqdim ediləcək.
Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin tərkibinə iki və daha artıq dövlət orqanının (qurumunun) nümayəndələri daxil olduqda, bu Fərmanın 4-cü hissəsinin birinci cümləsində nəzərdə tutulan məlumatlar və nümayəndə heyətinin rəhbərinə dair təklif həmin dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla təqdim ediləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
XƏBƏR LENTİ
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
-
Fiziki məhdudiyyətli satıcı görün tərəzidə necə ALDADIR: 3500 cərimə olundu - VİDEO
-
Əgər yemək tavaya yapışırsa, BUNU EDİN
-
Hansı şəxslərə kolbasa-sosis OLMAZ?
-
İnsanlar 150 ilə qədər yaşaya biləcəklər
-
Xalq artistinin oğluna yüksək vəzifə verildi
-
Sergey Lavrov istefa verib? - Rəsmi açıqlama
-
Azərbaycanda klub 1 milyon manata satışa çıxarıldı
-
Taksidə anidən Bülent Ersoy peyda olarsa... - VİDEO
-
İlə 510 milyon qazandı - Rekord
-
Valideynlərin ən çox işlətdiyi və uşaqda travma yaradan 5 cümlə
-
Dua Lipanın 3 gün davam edəcək toyundan ilk FOTOlar
-
Sobadakı inadkar yağlara son
-
Lənkəranda ağır qəza - sürücü öldü FOTO
-
Aktrisanın vəzifəli nişanlısı həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO





