Hitlerin heç vaxt yayımlanmayan filmi: Bakının FƏTHİ - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər.
Bakının və Qafqazın ələ keçirilməsi üçün hazırlanan əsas hərbi əməliyyatın adı "Edelveys" idi. Hitler Bakı neftinə o qədər önəm verirdi ki, generallarına müraciətlə deyirdi: "Əgər biz Bakı neftini ələ keçirməsək, müharibəni uduzacağıq".
Almanlar Bakını tutacaqlarına o qədər əmin idilər ki, hələ 1941-ci ildə şəhərin gələcək idarəçiliyi üçün struktur qurmuşdular. Qafqaz Reyxskomisarlığı yaradılmış və general fon Nikolas Bakı şəhərinin gələcək hərbi komendantı vəzifəsinə təyin edilmişdi. O, şəhəri hansı binalardan idarə edəcəyini belə xəritə üzərində qeyd etmişdi.
Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı.
Yozef Göbbelsin rəhbərliyi altında alman təbliğat maşını hələ qələbə qazanılmamış "qələbə filmləri" hazırlayırdı. Bakının ələ keçirilməsini əks etdirən xüsusilə dekorasiyalar vasitəsilə kadrlar hazırlanmışdı ki, şəhər süqut edən kimi dərhal nümayiş etdirilsin.
Bakı 25 sentyabr 1942-ci ildə almanların nəzarətinə keçməli idi. Buna görə də dünyanın ən zəngin neft şəhəri olan Bakının alman torpağı olmasını qarşısına hədəf qoyan Hitler tapşırıq vermişdi ki, bu tarixə xüsusi hazırlıq görülsün.
Mühacir azərbaycanlıların fotoları əsasında İçərişəhərin dar küçələri, Qız qalası və neft buruqlarının maketləri elə dəqiqliklə hazırlanmışdı ki, filmdəki çəkilişlərin həqiqətən Bakıda aparıldığını düşünmək olardı.
1942-ci ilin yaz aylarından ssenarist Hans Vaydemani tərəfindən Bakının 1918-1919-cu illərdə şəkilləri əks olunan poçt markaları, şəkillər və rəsmlərdən istifadə edərək UFA studiyası tərəfindən film çəkilişləri başlanmışdı.
Filmin çəkilişləri zamanı Berlin yaxınlığındakı dekorasiyalarda neft quyularını işə salan "yerli sakinlər" və "neftçilər" rolunu alman aktyorları və bəzi mühacirlər canlandırırdı.
Almanlar Bakı limanını və Xəzər dənizini də filmə daxil etmək istəyirdilər. Bunun üçün Berlindəki göllərin birində Xəzər sahilinin maketi qurulmuşdu.
Almanlar Qafqaza doğru irəliləyəndə özləri ilə Bakı üçün hazırlanmış minlərlə "Qələbə bayrağı" və üzərində alman dilində Bakı küçələrinin adları yazılmış yol nişanları gətirirdilər. Bütün bunlar həmin filmdə "real kadrlar" kimi istifadə olunmalı idi.
Almanların Bakının ələ keçirilməsi üçün böyük bayramda nümayiş etdirilməsi üçün "Bakı qələbəsi" adlı film Hitlerin tapşırığına uyğun olaraq bütün kinostudiyalarda, ön cəbhələrdə və almanların nəzarət etdiyi bütün yerlərdə nümayiş etdirilməli, 25 sentyabr Bakının ələ keçirilməsi günü isə ümumxalq bayram olmalı idi.
Bakının işğalından sonra dövriyyəyə buraxılacaq poçt markaları belə dizayn edilmişdi. Bu markaların üzərində alman qartalı və Bakının mənzərələri əks olunmuşdu.
Almanların bu ideyası həyata keçmədi, amma film çəkildi, sadəcə nümayiş etdirilməsi mümkün olmadı. Hazırda alman hərbi arxivində bu video lent saxlanılır.
Hitler Bakını o qədər arzulayırdı ki, onun şəxsi kitabxanasında Bakı neft sənayesinə dair 19-cu əsrdən qalma alman dilində kitablar və xəritələr tapılmışdı. O, şəhəri sadəcə bir hərbi hədəf deyil, həm də Reyxin iqtisadi ürəyi hesab edirdi.
AXAR.AZ
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Şavkat Mirziyoyev Vahid Ələkbərovla Özbəkistandakı layihələri müzakirə edib
-
İranda dollar yenidən kəskin bahalaşdı
-
İrkutskda naməlum xəstəlikdən ölüm: ÜST-dən açıqlama
XƏBƏR LENTİ
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər
-
Gəmidə yaralanan Coşqunun (Fotosu)
-
298 kilodan dünya çempionatına: 193 kq arıqladı - (Foto)
-
Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
-
Fransanın yeni raketi Makronun gözü qarşısında sınaqdan keçirildi - (Video)
-
Sveta Əsədova vəfat etdi - (Foto)
-
“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç
-
Fatma Bayramova vəfat etdi - (Foto)
-
Müəllimlər üçün geyim qaydaları açıqlandı
-
Nazir müavini təyin edilən Fazil Məmmədovun dosyesi
-
Fulya Öztürk onun adını daşıyan azərbaycanlı uşaqla görüşüb - (Video)
-
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev dünya çempionatında bürünc medal qazanıb
-
Ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğlu ilə nişanladı - Cərimələndi
-
“Akasya Durağı”nın “Can”ı 18 il sonra - (Foto)
-
Bakıda sinif yoldaşı tərəfindən qətlə yetirilən məktəblinin (Fotosu)





