Dünya

Hakan Fidan Pakistan XİN başçısı ilə nələri DANIŞDI?

29 Mart 2026 16:28
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Türkiyə xarici işlər naziri Hakan Fidan İslamabadda keçirilən görüşdə ikitərəfli münasibətlər və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Milli.Az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, görüş zamanı İshaq Dar Pakistan və Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan tarixi və qardaşlıq əlaqələrini vurğulayıb. O, ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnunluğunu ifadə edib və Pakistanın qarşılıqlı maraq doğuran bütün sahələrdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu təsdiqləyib.

"Danışıqlar ikitərəfli münasibətlərin bütün spektrini nəzərdən keçirməyə imkan yaratdı. Nazirlər sıx koordinasiyanı saxlamaq və Pakistanla Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəldilər", - bəyanatda vurğulanıb.

Onlar həmçinin son regional hadisələr, o cümlədən İrandakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb, sülh və sabitliyin təşviqi üçün dialoqun və ardıcıl diplomatik qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.