İranın cənubunda 5,5 bal gücündə zəlzələ olub.
Milli.az xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 07:43-də (Bakı vaxtı ilə 08:13), yerin 10 km dərinliyində baş verib.
Dağıntı və tələfatla bağlı hər hansı məlumat verilməyib.
Milli.Az





