Hadisə

Keçmiş nazirə direktor vəzifəsi VERİLDİ

10 Aprel 2026 12:24
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev "Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi" publik hüquqi şəxsin direktoru təyin edilib.

Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib.

Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.