Cənubi Koreya 660 vətəndaşını təxliyə edir - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaxın Şərqdə baş verən proseslər regionun təhlükəsizlik arxitekturasına ciddi təsir göstərməkdədir. Fevralın son günlərində İsrail-ABŞ-İran arasında başlanan müharibə Yaxın Şərqlə iqtisadi əlaqələri olan ölkələrdə, o cümlədən Cənubi Koreyada narahatlıq yaradıb.
Cənubi Koreya Prezidenti Li Çe Myunq həmin gün keçirdiyi brifinqdə İranda və İsraildə olan vətəndaşlarının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. O, 660-dan çox Koreya vətəndaşının Misir vasitəsilə təxliyəsi ilə bağlı göstəriş verib.
Martın əvvəlində Prezident strateji əməkdaşlığı gücləndirmək məqsədilə Sinqapur və Filippinə 4 günlük dövlət səfərinə yollanıb. Səfərdən öncə isə Yaxın Şərqlə bağlı Baş nazirə müvafiq tapşırıqlar verib. Elə həmin gün Baş nazir Kim Min Suk Nazirlər Kabinetinin iclasını keçirərək regionda olan Koreya vətəndaşlarının təhlükəsizliyi məsələsini müzakirə edib.
İclas zamanı bildirilib ki, ölkəyə idxal olunan xam neftin təxminən 70%-i, təbii qazın isə 30%-i Yaxın Şərqin payına düşür. Bu səbəbdən enerji təchizatının fasiləsiz təmin olunması üçün tədbirlər planının hazırlanmasının vacibliyi vurğulanıb. Eyni zamanda, neft qiymətləri, valyuta məzənnələri və fond bazarının daimi monitorinqi və sabitləşdirici maliyyə alətlərinin tətbiqi zəruri hesab edilib.
Prezidentin Sinqapur və Filippinə səfəri çərçivəsində süni intellekt, nüvə enerjisi və əqli mülkiyyət sahələrini əhatə edən bir sıra memorandumlar imzalanıb. O, çıxışında Yaxın Şərqdə artan gərginliyin qlobal təhlükəsizliyə və iqtisadiyyata təsirini qiymətləndirdiklərini bildirib.
Martın 4-də ölkəyə qayıdan Prezident fövqəladə kabinet iclası keçirərək vəziyyətə operativ reaksiya verib. O qeyd edib ki, qlobal qeyri-sabitliyə baxmayaraq, panikaya əsas yoxdur və bütün sahələr üzrə hazırlıq tədbirləri görülür.
Bununla belə, Yaxın Şərqdəki gərginlik artıq Cənubi Koreya iqtisadiyyatına təsir göstərib. KOSPI indeksi 12% dəyər itirib, Seulda yanacaq qiymətləri litrə görə 1800 vonu keçib, milli valyuta isə zəifləyərək 1 ABŞ dolları qarşısında 1500 von səviyyəsinə yüksəlib.
Martın 5-də Prezident 100 trilyon von (təxminən 68 milyard ABŞ dolları) həcmində bazar sabitləşdirmə proqramının icrasına göstəriş verib. Nəticədə KOSPI indeksində 9,63% artım qeydə alınıb.
Hökumət, həmçinin, böhranın uzunmüddətli olacağını nəzərə alaraq kiçik və orta sahibkarlığın ixrac imkanlarını artırmaq məqsədilə logistika dəstəyi proqramı hazırlayıb.
Enerji təhlükəsizliyi sahəsində də mühüm addımlar atılıb. Baş qərargah rəhbəri Kan Hun Sik BƏƏ-dən alternativ marşrut vasitəsilə 6 milyon bareldən çox xam neftin idxalını təsdiqləyib.
Prezident yanacaq bazarında süni qiymət artımlarına qarşı "sıfır dözümlülük" siyasəti elan edib. Aparılan nəzarət tədbirləri nəticəsində qiymətlər 1900 vondan 1845 von səviyyəsinə qədər sabitləşdirilib.
Eyni zamanda, Xarici İşlər Nazirliyi vətəndaşlara Yaxın Şərqin bir sıra ölkələrinə, eləcə də bəzi regionlara səfər etməmək barədə xəbərdarlıq edib.
Artan gərginlik fonunda Cənubi Koreyanın diqqəti tədricən hərbi təhlükəsizlik məsələlərinə yönəlib. ABŞ-ın hərbi resurslarının Yaxın Şərqdə cəmləşməsi Seulda "strateji boşluq" narahatlığı yaradıb.
Martın 12-də keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında Şimali Koreyanın mümkün təxribat ehtimalları müzakirə edilib. Prezident bildirib ki, Yaxın Şərqdəki gərginlik Koreya yarımadasında sabitlik üçün dolayı təhdid yaradır.
Bu çərçivədə Cənubi Koreya ordusu sərhəd bölgələrində döyüş hazırlığı səviyyəsini "Yüksək Həyəcan" vəziyyətinə qaldırıb.
Hazırda ölkə rəhbərliyi bir tərəfdən Yaxın Şərqdə atəşkəs təşəbbüslərini dəstəkləyir, digər tərəfdən isə enerji müstəqilliyi strategiyasını yenidən nəzərdən keçirir. Beləliklə, Yaxın Şərq artıq Cənubi Koreya üçün yalnız iqtisadi tərəfdaş deyil, həm də milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevrilib.
Fikrət Mahmudov, BDU-nun 4-cü kurs tələbəsi
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ABŞ və Rusiya liderləri harada görüşəcəklər?
-
Rusiya son sutkada Ukraynanın 780 PUA-sını vurub
-
İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı
-
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
-
Tramp ailəsinə aid yeni iddia
-
Paşinyan onları sərt tənqid etdi: "Ay alçaq..." - VİDEO
XƏBƏR LENTİ
-
ABŞ və Rusiya liderləri harada görüşəcəklər?
-
Xalq artisti: "Adımdan danışıb pullar qazanıblar"
-
Rusiya son sutkada Ukraynanın 780 PUA-sını vurub
-
Bakı-Tbilisi qatarlarında biletə nələr daxildir?
-
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
-
Bu küçələrə maşınla girmək qadağan EDİLDİ
-
“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
-
İstanbulda müəmmalı ölüm: Meşədə tapılan qadınla bağlı həqiqət ortaya çıxdı
-
Kəmalənin qalmaqallı mahnısından danışdı: "Ana-bacının oturduğu toya necə ÇAĞIRIRSINIZ?"
-
Bu yaşdan sonra təhlükə artır - Sümüklərlə bağlı vacib xəbərdarlıq
-
Gürcüstana giriş-çıxışa icazə VERİLİR - Bu tarixdən
-
5 ayda 10 minə yaxın travma: Ən çox bu hallar baş verir
-
Afət Fərmanqızının müzakirə yaradan GÖRÜNTÜSÜ - VİDEO
-
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
-
Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
-
Tramp ailəsinə aid yeni iddia
-
Tbilisiyə qatarla bu qiymətə GEDƏCƏYİK - RƏSMİ
-
"Atama heç bir hissim OLMAYIB"
-
Türkiyədə saxlanılan azərbaycanlı ölkəyə gətirildi
-
Bu hal saatlar sonra ölümcül ola bilər - Valideynlərə XƏBƏRDARLIQ
-
Paşinyan onları sərt tənqid etdi: "Ay alçaq..." - VİDEO
-
Puqaçova uzun müddət sonra belə görüntüləndi - FOTO
-
Pensiyalar ödənildi
-
“Kupça” oyunundan “əl qızdıranlar”





