Qonşu ölkədə güclü zəlzələ OLDU

19 Fevral 2026 10:26

İranın cənubunda 5,5 bal gücündə zəlzələ olub.

Milli.az xəbər verir ki, bu barədə Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 07:43-də (Bakı vaxtı ilə 08:13), yerin 10 km dərinliyində baş verib.

Dağıntı və tələfatla bağlı hər hansı məlumat verilməyib.

Milli.Az