Dünya

Günəşdə qeyri-adi partlayış oldu

11 Avqust 2025 14:57
Baxış: 342
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 10-da Günəşdə qeyri-adi partlayış baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın E.K.Fyodorov adına Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, partlayış 13 dəqiqə davam edib.

Alimlərin sözlərinə görə, partlayışdan sonra radiasiya bir saatdan çox müddət ərzində yüksək səviyyədə qalıb.

Qeyri-adi plazma emissiyası Günəş diskinin kənarına yaxın yerdə baş verib. Alimlər qeyd edirlər ki, ya bu emissiya fövqəladə böyük olub, ya da Günəşin müxtəlif yerlərində iki partlayış üst-üstə düşüb və belə bir mənzərə yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.