Sülhü və qələbəni qazandıran lider - Prezident İlham Əliyevin Vaşinqton TRİUMFU!
2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlayan zəfər marafonu, tarixi hədəflərimiz uğrunda müqəddəs mübarizə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda diplomatik triumfla davam etdi. Bu böyük uğurun əsasında İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və birləşdirici gücü dayanırdı. Lakin müharibədə qazanılan zəfər təkcə başlanğıc idi...
Prezident İlham Əliyev bu Zəfəri diplomatik masaya daşımağı bacardı. O, dünyaya bəyan etdi ki, güc yalnız ədalətə xidmət etməlidir və Azərbaycanın əldə etdiyi qələbə dayanıqlı sülh və sabitliyin yeganə təminatçısıdır. Prezident İlham Əliyev çağdaş dünya tarixinin həm döyüş meydanında, həm də diplomatik arenada qələbə və nüfuz qazanan azsaylı liderlərdəndədir.
Səfərdən əvvəl ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevin "III Şuşa Qlobal Media Forumu"ndakı məzmunlu çıxışını yenidən paylaşdı. Bu, sadəcə dəstək deyil, Azərbaycanın və onun liderinin dünya siyasətində nə qədər böyük nüfuza malik olduğunu göstərən mühüm siqnal idi.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu səfərin mahiyyətini lakonik, özünəməxsus formada bir cümlə ilə belə şərh etdi: "Prezident İlham Əliyev müharibəni qazandı - indi isə sülhü qazanır."
Bu sözlər Azərbaycanın tarixində dönmə nöqtəsini göstərir. Müharibədə qələbə qazanan lider indi bütün Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün mühüm addımlar atır. Prezident İlham Əliyev bütün Cənubi Qafqaza sülh gətirir, sülhü qoruyur və regionu birləşdirir. Müharibələr, münaqişələrlə parçalanan regionu birləşdirmək, sülh gətirmək Prezident İlham Əliyevin tarixi missiyasıdır.
Vaşinqtonda keçirilən görüşlərdə Prezident İlham Əliyev Azərbaycanın gücünü, prinsipial mövqeyini və siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. O, açıq şəkildə bildirdi ki, Qafqaza sülhü Azərbaycanın gücü gətirir, Ermənistanla davamlı sülh isə yalnız ədalətin bərqərar olması ilə təmin edilə bilər. Pezident İlham Əliyev Paşinyana növbəti ciddi ev tapşırığını verməyi də unutmadı: artıq münaqişənin həlli sənədlərdə yox, reallıqda olmalıdır.
Donald Tramp isə Prezident İlham Əliyevə ən böyük qiymətini verdi. Azərbaycan liderinin uğurlarını yüksək qiymətləndirən amerikalı həmkarı ona rəğbətini yenidən ifadə etdi. Trampın gələcəkdə Nobel Sülh Mükafatı alacağı halda, bu tarixçədə İlham Əliyevin də adı əbədi olaraq qalacaq.
Tramp İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etdi - gücün və etibarın ən canlı simvolunu!
Bu jest Azərbaycanın dünyada qazandığı gücün, hörmətin və nüfuzun ən parlaq ifadəsidir. Bu, Azərbaycanın və onun liderinin beynəlxalq siyasətdəki strateji rolunun ən parlaq təsdiqidir.
Tarixi görüşün əsas qəhrəmanı əlbəttə ki, Prezident İlham Əliyev oldu. Onun sadəcə Azərbaycanın deyil, bütün regionun xarici təsirlərdən azad olmasını təmin etmək üçün siyasəti göz önündə idi.
Mübaliğəsiz Azərbaycan tarixində belə bir liderlik nümunəsi nadirdir - həm savaşda, həm də diplomatik masada qalib gəlmək insan və siyasətçi üçün ən çətin sınaqlardandır. İlham Əliyev həm güc, həm də çevik siyasi təfəkkürü ilə bu sınaqlardan şərəflə çıxmağı bacardı.
Vaşinqtonda diplomatik triumf Azərbaycanın qlobal siyasətdə mövqeyini daha da möhkəmləndirdi. İlham Əliyev Ali Baş Komandan kimi müharibənin, Prezident kimi sülhün qalibi olaraq tarixə düşdü. Onun rəhbərliyi ilə Azərbaycan artıq regional güc olmaqla yanaşı, dünya səhnəsində söz sahibi olan dövlətə çevrilib.
Bu sıradan bir diplomatik qələbə deyildi, Vaşinqtonda İlham Əliyevin liderliyini bütün dünya bariz şəkildə gördü. Vaşinqtonda güclü, qüdrətli Azərbaycan göründü. İlham Əliyev Azərbaycanı ucaltdı, bütöv və qüdrətli, dünyada qəbul edilən, eşidilən Azərbaycanı!
Bizə onu qorumağı, yaşatmağı öyrətdi!
Düşünürəm ki, dualarımıza redaktə etməyin vaxtı çatıb. 8 avqustdan sonra "Azərbaycan haqqı!" andını içməyin vaxtıdır.
Dünya liderləri arasında da İlham Əliyevin nüfuzu, siyasi gücü və uzaqgörənliyi böyük hörmətlə qarşılanır. Prezident Donald Tramp açıq şəkildə bildirdi: "Siz böyük lidersiniz." Bu sadəcə xoş sözlər deyildi, bu dünyanın Azərbaycana və onun liderinə səmimi etirafıdır!
Sən belə xoşbəxtsən, Vətən!
Anar YUSİFOĞLU
Əməkdar jurnalist
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
İlham Əliyevin adından Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib - VİDEO - FOTO
-
ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub - FOTO
-
Cirocia Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək
-
İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO - FOTO
-
Prezident: Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir
XƏBƏR LENTİ
-
"Bu yaşıma qədər bunu etməmişəm, qorxuram"
-
Tofu pendiri nədir, nəyə xeyri var?
-
3 bürc üçün may ayında romantik görüş baş tutacaq
-
Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş
-
İşə gedənlər üçün pozitiv qalmağın YOLLARI
-
1 həftə bunu edin - Nəticəyə özünüz də inanmayacaqsınız
-
Səhər, günorta, yoxsa axşam? - Duş almağın ən uyğun vaxtları
-
Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu
-
Konsertə yeni sevgilisi ilə qatıldı - FOTO
-
Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma oldu
-
İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?
-
Evinizə arı gəlirsə, bunun 3 mənası var
-
Murat Dalkılıçın 13 dəfə əməliyyat etdirdiyi burnunun son halı - FOTO
-
Ukrayna bu tarixdən “sükut rejimi” elan edir
-
Günün qoroskopu: taleyin pıçıltısını eşidəcəksiniz
-
Fatimə anasının xəstəxanadan FOTOsunu paylaşdı
-
Qurban Qurbanovdan Juninyo ilə bağlı açıqlama
-
Tramp: "İran yer üzündən silinəcək"
-
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
-
Gənc oğlan futbol oynayarkən öldü
-
"Mehmet Fetihler Sultanı"nda gözlənilməz ayrılıq - FOTO
-
Braziliyada təyyarə binaya çırpıldı - Ölən və xəsarət alanlar var - VİDEO
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
Nəsrin Cavadzadə toy FOTOlarını paylaşdı





