Ölkə

Yollarda təhlükə yaradan “Kamaz” sürücüsü inzibati qaydada həbs edildi - VİDEO

11 Avqust 2025 11:15
Baxış: 695
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yollarda təhlükə yaradan "Kamaz" sürücüsü inzibati qaydada həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən "Kamaz" markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan YPX əməkdaşlarının "saxla" tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.

Qısa müddət ərzində Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.