Dünya

9 bal gücündə zəlzələ və nəhəng sunami təhlükəsi gözlənilir - Bu ölkədə...

11 Avqust 2025 14:25
Baxış: 925
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin sahil zonasında nəhəng sunami ilə müşayiət olunan doqquz bal gücündə zəlzələ baş verə bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri seysmoloqlara istinadən məlumat verib.

Nəşrin məlumatına görə, yüksək dəqiqlikli sualtı kartoqrafiya (xəritəçəkmə) texnologiyalarından istifadə edilməklə aparılan tədqiqat Kaskad subduksiya zonasında geostatik aktivliyin əlamətlərini üzə çıxarıb. Alimlər burada Şimali Amerika sahilləri boyunca - Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometr uzunluğunda dörd nəhəng qırılma seqmenti aşkar ediblər.

Qeyd edildiyi kimi, bu ərazidə yeraltı təkanlar təkcə bütün sahil infrastrukturunu məhv etməklə kifayətlənməyərək, suyun və atmosferin çirklənməsinə də səbəb ola bilər.

Belə bir zəlzələ 1700-cü ildə indiki ABŞ ərazisində baş verib.

Alimlərin sözlərinə görə, bu kimi təbii kataklizmlər hər 500 ildə bir dəfə təkrarlanır.(Oxu.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.