ABŞ Dövlət katibi Marko Rubio Fransa Prezidenti Emmanuel Makronu İsraillə HƏMAS arasında aparılan atəşkəs danışıqlarını pozmaqda günahlandırıb.
Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Rubio bu fikirləri EWTN telekanalına verdiyi müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, danışıqlar məhz Makronun Fələstin dövlətinin tanınmasına dair birtərəfli qərar verdiyi gün dayanıb.
"Əgər HƏMAS-ın yerində olsaydım, düşünərdim ki, atəşkəs etməyə dəyməz. Çünki davranışımız mükafatlandırılır. Biz bunu qələbə kimi qəbul edə bilərik. Makronun bu bəyanatından sonra digər ölkələr də açıq şəkildə bildirdilər ki, sentyabra qədər atəşkəs əldə olunmasa, Fələstin dövlətini tanıyacaqlar", - deyə amerikalı siyasətçi qeyd edib.
Rubio bu yanaşmanın danışıqlara ciddi zərər vurduğunu və HƏMAS-ın sərt mövqeyinin möhkəmlənməsinə səbəb ola biləcəyini vurğulayıb.
Kənan
Milli.Az