Dünya

Peskov və Dyuminin təyyarəsi dron hücumu səbəbindən havaya qalxa bilmədi

27 İyul 2025 18:38
Baxış: 421
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Peskov və Dyuminin təyyarəsi dron hücumu səbəbindən havaya qalxa bilməyib.

Milli.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov və Rusiya Prezidentinin köməkçisi Aleksey Dyuminin olduğu xüsusi təyyarə Ukraynadan gələn dron hücumları səbəbindən havaya qalxa bilməyib. Hadisə bugün səhər Pulkovo hava limanında baş verib.

Məlumata görə, təhlükəsizlik məqsədilə ölkədə tətbiq edilən "Kovyor" planı çərçivəsində hava məkanına məhdudiyyət qoyulub. Nəticədə Moskva-Peterburq istiqamətində planlaşdırılan uçuş təxminən iki saat gecikib.

Rusiya Müdafiə Nazirliyi həmin gün səhər saatlarında ölkənin müxtəlif bölgələrinə Ukrayna tərəfindən onlarla dron hücumu olduğunu bildirib. Hücum nəticəsində bir neçə pilotsuz aparat vurulub, hava limanında isə 90-dan çox reys təxirə salınıb, 30-dan çox uçuş ləğv edilib.

Peskov gecikməni təsdiqləyərək bildirib ki, bu, fövqəladə hallar zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri ilə bağlıdır. Təhlükə aradan qalxdıqdan sonra təyyarə planlaşdırılan istiqamət üzrə havaya qalxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.