Türkiyə

Türkiyədə bütün dövrlərin temperatur rekordu qeydə alındı: 50,5 dərəcə

27 İyul 2025 16:50
Baxış: 512
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə indiyədək qeydə alınmış ən yüksək hava temperaturu ölçülüb. 

Milli.Az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına əsasən, 25 iyul tarixində Şırnak vilayətinin Silopi rayonunda hava temperaturu 50,5 dərəcəyə çataraq ölkə üzrə bütün dövrlərin ən yüksək göstəricisi olub. Həmin gün temperaturun ölçüldüyü 132 mərkəzdə iyul ayı üçün tarixdəki ən yüksək göstəricilər qeydə alınıb.

Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinə tabe olan Meteorologiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, bu yay temperatur göstəriciləri mövsüm normativlərindən 12 dərəcə yüksək olub və yeni rekordlara səbəb olub.

Əvvəlki rekord 15 avqust 2023-cü ildə 49,5 dərəcə ilə Eskişəhərin Sarıcakaya rayonunda qeydə alınmışdı. Lakin 25 iyul bümə günü bu rekord Silopidə 50,5 dərəcə ilə yenilənib. Eyni gün ərzində daha 132 mərkəzdə iyul ayı üçün bütün dövrlərin ən yüksək temperaturu qeydə alınıb.

25 iyul tarixində Silopi ilə yanaşı daha 5 stansiyada temperatur 49 dərəcə və daha yüksək olub. Mardin vilayətinin Qızıltəpə rayonunda 49,6 dərəcə, Şırnakın Cizrə rayonunda 49,4 dərəcə, Mardinin Nusaybin rayonunda 49,3 dərəcə, Siirtin Kurtalan rayonunda 49,1 dərəcə, Şanlıurfa vilayətində yerləşən Ceylanpınar TİGEM stansiyasında isə 49 dərəcə temperatur qeydə alınıb.

Meteorologiya Baş İdarəsi iyul ayının son günlərində də yeni temperatur rekordlarının qeydə alına biləcəyi barədə əhaliyə xəbərdarlıq edib. Vətəndaşlara, xüsusilə xroniki xəstəlikləri olanlara, yaşlılara, hamilə qadınlara və uşaqlara günün ən isti saatları - 11:00-dan 16:00-a qədər açıq havada olmamaq tövsiyə olunub./Qaynarinfo 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.