İdman

Gimnastlarımız Portuqaliyada keçirilən yarışda uğurla çıxış ediblər - FOTO

27 İyul 2025 18:43
Baxış: 307
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

22-26 iyul tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində "5th World Gym for Life Challenge"i keçirilib.

Milli.Az xəbər verir ki, bu möhtəşəm festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib. Tədbir gimnastikanın yalnız idman deyil, həm də sənət və birliyə çağırış olduğunu bir daha nümayiş etdirib.

Ölkəmizi bu yarışda "Gimnastika hamı üçün" növü üzrə təmsil edən milli komandamız da uğurlu çıxışı ilə fərqlənib. Müxtəlif yaş və bacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan "Flame" komandası kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə münsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiq görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.