ABŞ-da qeyri-adi xüsusi əməliyyatın detalları üzə çıxıb.
Milli.Az xəbər verir ki, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı Xoakin Qarsiya çəkisinin (228 kiloqramdan artıq olması) verdiyi üstünlükdən istifadə edərək mafiya qruplaşmasına sızmağa nail olub.
Məlumata görə, agent üç il ərzində cinayətkar şəbəkənin etibarını qazanaraq onların "öz adamı"na çevrilib. Qarsiya hətta qruplaşma başçısı Qreq Depalmanın şəxsi sürücüsü və yaxın adamlarından biri kimi fəaliyyət göstərib.
Bildirilir ki, o, təhlükəli əməliyyatlara cəlb edilməsə də, tez-tez təşkil olunan görüş və ziyafətlərdə iştirak edib. Məhz bu məclislərdə mafiya üzvlərinin planları müzakirə olunub və agent gizli şəkildə minlərlə saatlıq danışığı qeydə alaraq hüquq-mühafizə orqanlarına ötürüb.
Əməliyyat nəticəsində 30-dan çox nüfuzlu mafiya üzvü saxlanılıb və geniş cinayət şəbəkəsi ifşa edilib.
Qarsiya bildirib ki, bu proses onun sağlamlığı üçün faydalı olmasa da, əldə edilən nəticə əməliyyatın uğurunu təsdiqləyir. /Musavat.com
Milli.Az





