Rostov-Taqanroq (Rusiya) magistral yolunda yanacaqdaşıyan maşınla bir neçə avtomobilin toqquşması nəticəsində dəhşətli zəncirvari qəza baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
İlkin məlumata görə, dəhşətli hadisə zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb.
"Qəza magistral yolun 33-cü kilometrliyində baş verib. İlkin məlumatlara görə, toqquşmadan sonra yanacaq daşıyan maşın alovlanıb", - deyə yerli polisdən bildirilib.
Hadisə şahidlərin yaydığı kadrlarda bir neçə avtomobilin alov içində olduğu görünür. Yanğın və qara tüstü səmaya qalxıb və kilometrlərlə uzaqdan görünüb. İnsanlar maşınların içərisində qalan sürücüləri və sərnişinləri xilas etməyə çalışıblar.
Yanğın söndürülüb.
Milli.Az





