Serdar Ortaç: “Bir lirə də istəmirəm, sadəcə əl-ayağımı geri istəyirəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin məşhur pop ifaçısı Serdar Ortaç şəxsi həyatına dair səmimi və bir o qədər də kədərli açıqlamalar verib.
Milli.Az xəbər verir ki, o, youtuber Orkun Işıtmakın "Çəhrayı yalanlar" adlı proqramında iştirak edərək həm səhhətindəki problemləri, həm də qumar səbəbilə yaşadığı çətinlikləri etiraf edib.
Serdar Ortaç proqram zamanı yalan detektoruna qoşularaq, ona ünvanlanan suallara dürüst cavablar verib. Məşhur sənətçiyə "Qumarda 50 milyon dollara yaxın pul itirdiyiniz deyilir. Bu doğrudurmu?" sualı verildikdə, o cavabında dəqiq rəqəm açıqlamasa da etiraf edib:
"Sual belə verilsə daha düzgün olar: "Qumarda çox pul itirmisinizmi?" - Bəli, itirdim. Qumar iyrəncdir. Qumar ailəni, pulunu, evliliyini, sağlamlığını məhv edir. Məhv etməyəcəyi heç nə yoxdur. Sadəcə 3 lirə qazanmaq üçün 300 lirəni itirirsən".
Ortaç qumarın həyatında buraxdığı dərin izlərdən də danışıb:
"İntihar etmə nöqtəsinə gəlirsən. Psixoloji tarazlığın pozulur. Dostların səni tərk edir. Borc tapmağa çalışırsan, gecə saatlarında kimlərəsə zəng edib pul istəyirsən. Bu, insanın öz dəyərini aşağı salır".
Sənətçi, borclarını ödəmək üçün müəllif hüquqlarını başqalarına icarəyə verdiyini də bildirib. Lakin bunu "satmaq" adlandırmır:
"Bunu satmaq deyil. Sadəcə sən başqasına verirsən, o da sənin üçün toplayır. Çünki onları toplamağa gücüm çatmır. Bu gəlirlərimi bağışlayacağam. Qoy bir neçə qurum öz haqqını alsın. Onsuz da atam qədər, 69 yaşa qədər yaşasam yetərlidir".
MS xəstəliyindən əziyyət çəkən Ortaç "Pul xoşbəxtlik gətirirmi?" sualına isə bu ürəkağrıdan cavabı verib:
"Əlbəttə, pul xoşbəxtlik gətirir. Amma sağlamlığı ala bilməz. Pul yalnız saxta xoşbəxtlik gətirir. Mən bir lirə də istəmirəm, sadəcə əl-ayağımı geri istəyirəm. Bütün pullarım getsin, amma sağlamlığım qayıtsın".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





