Ukraynanın Baş naziri Denis Şmıxal iyulun 15-də istefa ərizəsini təqdim edib.
Milli.Az xəbər verir ki, bu barədə məlumat Ukrayna mediasında yayılıb.
İstefa qərarı prezident Vladimir Zelenskinin hökumətdə kadr dəyişiklikləri ilə bağlı öncədən verdiyi açıqlamalardan sonra verilib. Dövlət başçısı həmin bəyanatında Baş nazir postuna Yuliya Svırıdenkonun təyin ediləcəyini bildirmişdi.
Qeyd edək ki, Denis Şmıxal 2020-ci ildən bu vəzifəni icra edirdi. Onun istefası Ukrayna hökumətində genişmiqyaslı islahatlar prosesinin bir hissəsi kimi qiymətləndirilir.
Milli.Az