Dünya

Dövlət Departamentinin minlərlə əməkdaşı işdən çıxarıldı - FOTO

12 İyul 2025 19:00
Baxış: 601
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Dövlət Departamentinin 1300-dən çox əməkdaşı ixtisar edilib.

Milli.Az xəbər verir ki, iyulun 11-də baş tutan ixtisarlar çərçivəsində 1353 nəfər Departamentdən azad edilib. Bu addım Donald Tramp administrasiyasının "Əvvəlcə Amerika" siyasəti çərçivəsində departamentin yenidən qurulmasına istiqamətlənib.

ABŞ xarici siyasət idarəsindəki bu ixtisarlar daxili strukturun səmərəliliyinin artırılması və bürokratiyanın azaldılması məqsədini daşıyır. Xarici işlər naziri Marko Rubio bildirib ki, bu addım təkrarlanan funksiyaların ləğv edilməsi və resursların daha səmərəli idarə olunması baxımından vacib hesab olunur.

Tənqidçilər bu ixtisarların Birləşmiş Ştatların diplomatik nüzuzuna zərər vurduğunu bildiriblər. Demokrat senator Tim Kaine ixtisarların beynəlxalq təmsil imkanlarını məhdudlaşdıracağını qeyd edib. Xarici Xidmət Assosiasiyası da Departamentin bu formada zəiflədilməsinə etiraz edib.

İxtisara məruz qalan əməkdaşların bir qisminin inzibati məzuniyyətə göndərilməsi planlaşdırılıb. Məzuniyyət müddəti bitdikdən sonra rəsmi işdən çıxarılma prosesi baş tutacaq.

Qeyd edək ki, bu ixtisarlar Dövlət Departamentinin ümumi personal sayının təxminən 15 faizini əhatə edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.