Türkiyə

Türkiyədə uçuşlar ləğv edildi, məktəblər bağlandı

12 Yanvar 2026 10:09
Baxış: 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə əlverişsiz hava şəraiti gündəlik həyata mənfi təsir göstərib. Güclü qar və soyuq hava səbəbilə bir sıra vilayətlərdə təhsil müvəqqəti dayandırılıb, uçuşlarda isə ləğvlər qeydə alınıb.

Milli.Az xəbər verir ki, İstanbulda sabah gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar şəhər üzrə bütün təhsil müəssisələrində dərslər bir günlüyə dayandırılıb.

Bildirilir ki, təhlükəsizlik və nəqliyyatla bağlı risklər nəzərə alınaraq bu qərar qəbul olunub.

Mövcud hava şəraiti aviasiya sektoruna da təsir edib. Türk Hava Yolları (THY) təhlükəsizlik tədbirləri çərçivəsində 54 reysin ləğv edildiyini bildirib.

Səlahiyyətli qurumlar vətəndaşlara hava şəraitini nəzərə alaraq ehtiyatlı olmalarını və rəsmi açıqlamaları izləmələrini tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.