Hadisə

Gəncədə 5 nəfər dəm qazından zəhərləndi

12 Yanvar 2026 10:57
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 12-də saat 02:20 radələrində 2 azyaşlı (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına, 3 nəfər isə (1 kişi, 2 qadın) Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

xxx

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü S. Hüseynov, 1968-ci il təvəllüdlü G. Rüstəmova, 1994-cü il təvəllüdlü Ü. Hüseynova, 2014-cü il təvəllüdlü Q. Hüseynov və 2017-ci il təvəllüdlü S. Hüseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər. Onlar bir ailənin üzvləridir.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.