İqtisadiyyat

Azərbaycan “Ekspo 2027 Yokohama” Beynəlxalq Bağçılıq Sərgisində iştirak edəcək

12 Yanvar 2026 10:48
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan "Ekspo 2027 Yokohama" Beynəlxalq Bağçılıq Sərgisində iştirakını təsdiq edib. Bu barədə müqavilə Beynəlxalq Bağçılıq Sərgisi üzrə Yaponiya Assosiasiyası və Azərbaycan dövləti tərəfindən Heydər Əliyev Mərkəzi arasında imzalanıb. 

"Ekspo 2027 Yokohama" Beynəlxalq Bağçılıq Sərgisi gələn il martın 19-dan sentyabrın 26-na kimi Yaponiyanın Kanaqava prefekturasında yerləşən Yokohama şəhərində keçiriləcək. 

"Xoşbəxtlik naminə gələcəyin mənzərəsi" ("Scenery of the Future for Happiness") mövzusunu əhatə edəcək sərgiyə 15 milyondan çox ziyarətçinin gəlişi gözlənilir. Azərbaycan pavilyonu sərginin "Birgə mövcudluq" ("Co-existence") alt bölümü mövzusunda yaradılacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.