Dünya

Istanbulda parkda əxlaqsızlıq edən cütlük saxlanıldı - FOTO

7 İyul 2025 10:20
Baxış: 1 179
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda meşəlik ərazidə qeyri-etik hərəkət edən iki gənc saxlanılıb.

Milli.Az xəbər verir ki, İstanbulun Bakırköy rayonundakı Florya Atatürk Meşəsində açıq havada qeyri-etik hərəkət edən iki gəncin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntülər cəmiyyət arasında ciddi narazılığa səbəb olub. İstanbul Polis İdarəsi məsələ ilə bağlı araşdırma apararaq görüntülərdə yer alan gəncləri saxlayıb. Açıqlamaya görə həmin şəxslər "ictimai yerdə əxlaqa zidd hərəkət etmək" maddəsi ilə saxlanılıblar.

İyulun 6-da baş verən hadisə ilə bağlı rəsmi açıqlamada bildirilib ki, yayılan videogörüntülər və ətrafdakı sakinlərin şikayətləri əsasında hərəkətə keçən polis əməkdaşları həmin şəxsləri müəyyən edərək həbs edib. Saxlanılanların yaşının çox gənc olduğu qeyd olunub.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.