Ölkə

Əli Abbasov daha bir vəzifəsini itirdi

10 Yanvar 2026 18:40
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsindən azad edilib. 

Milli.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Əli Abbasov İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında yaradılan vahid Riyaziyyat İnstitutunda heç bir rəhbər vəzifəyə təyin olunmayıb. 

O, bir həftədir vəzifəsiz qalsa da, İdarəetmə Sistemləri İnstitutuna gedib-gəlir.

Əldə etdiyimiz məlumata görə, qarşıdakı günlərdə akademik Əli Abbasov süni intellektin nəzəri və tətbiqi sahəsində yaradılacaq vəzifədə fəalkiyyət başlayacaq.

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsini itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.