Kadırovun müraciəti yayıldı: “Mənim xəstəliyim...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün əvvəl kiçik oğluna təmtəraqlı toy edən Çeçenistan rəhbəri Ramzan Kadırovun müraciəti yayılıb.
Milli.Az musavat.com-a istinadla xəbər verir ki, müraciətə səbəb son günlər yenidən onun səhhəti və müalicə üçün ölkəni tərk edəcəyi ilə bağlı iddialardır. Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə ailə həyatı qurublar. Kadırovun kiçik oğlunu da erkən evləndirməsi də Çeçenistan rəhbərinin səhhəti ilə izah olunurdu.
Yada salaq ki, son yayılmış xəbərlərdə Kadırovun Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırdığı bildirilirdi. Bildirilirdi ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirdilər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" - deyə, Çeçenistan administrasiyasına yaxın mənbə qeyd edirdi.
Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər də yenə spekulyasiya mövzusu olaraq qalırdı. Bildirilirdi ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl "Novaya qazeta" Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.
May ayında Kadırov özü tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra isə bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" - deyib.
Nəhayət, Kadırov "onun xəstəliyi və ya ölümü" haqda danışanlara müraciət edərək qeyd edib ki, bədxahlarına həmin günü görmək qismət olmayacaq. Kadırov hökumətinin üzvləri ilə görüşdə bu fikri səsləndirib.
"Səhhətim barədə ucuz şeylər yazanlara müraciət edirəm: biz sağıq... Onların fikrincə, əgər insan görüşə getmirsə, o, dərhal ölür və ya artıq ölüb. Sizə bunu görmək qismət olmayacaq", - Kadırov deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyanın itkiləri yeniləndi
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)





