Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün təhlükəli olan "Nipah" və "Hendra" viruslarına genetik yaxın olan iki yeni virus aşkarlayıblar.
Milli.Az xəbər verir ki, bu patogenlər beynin şiddətli iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Dörd illik araşdırma çərçivəsində mütəxəssislər Yunnan əyalətinin beş rayonunda toplanmış on növdən olan 142 yarasanın böyrəklərini tədqiq ediblər.
Alimlər yüksək məhsuldarlıqlı DNT sıralama metodlarından istifadə edərək, 20-si əvvəllər elmə məlum olmayan 22 virus aşkarlayıblar.
Milli.Az