Hərbi qulluqçuların cinayət işi sadələşdirilmiş qaydada araşdırılacaq
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.
Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində həmin orqanın hərbi qulluqçuları tərəfindən törədilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1, 330.1, 332.1, 332.1-1, 333.1-333.3, 350.1, 350.1-1 və 351.1-ci maddələri ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatı başlayan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi bu barədə dərhal ərazi üzrə müvafiq hərbi prokurora yazılı məlumat verir..
Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir





