Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşları aldatmağa davam edir - "Bir dur deyən yoxdur" - İDDİA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurub.
Bu barədə Milli.Az-ın redaksiyasına şikayətlər daxil olub.
Şikayətçinin sözlərinə görə, ümumilikdə 10-12 nəfər zərərçəkmiş adamın olduğu məlumdur.
"Tək məndən 1025 manat pul alıb, digər şəxslərdən alınan vəsait isə daha böyükdür. 12 min manat, 7 min manat və s. Araşdırmalardan sonra müəyyənləşdirdik ki, Səbiyyə Panəliyeva heç vəkil də deyilmiş. Zərərçəkmişlərin bir hissəsi rəsmi şəkildə də şikayət ediblər. Mənim bank problemlərim var idi hüquqi yardıma ehtiyacım oldu, "İnstagram" sosial şəbəkəsində "bhkm_huquq_merkezi" adlı səhifə qarşıma çıxdı, onlara müraciət etdim. 1025 manat pulumu alsa da, faktiki heç bir iş görmədi. Hər yerə şikayət etmişik, bir dur deyən yoxdur, yenə də vətəndaşları aldatmağa davam edir".

Digər bir şikayətçi isə Səbiyyə Panəliyeva tərəfindən 3100 manat aldadıldığını bildirir.
"Bizə viza lazım idi, bunun üçün Səbiyyə Panəliyeva müraciət etdik. 3100 manat da ödəniş etdik, lakin sonradan aldadıldığımızı anladıq, hazırda isə bir çox yerlərə şikayət etmişik. Pulumuzu ala bilmirik".

Digər şikayətçi isə Daşkəsən rayon sakinidir. Onun sözlərinə görə, özünü hüquqşünas vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva 6120 manat pulunu mənimsəyib.
"Mənim bank işlərimə kömək edəcəyini vədd etmişdi, sonra məlum oldu ki, ümumiyyətlə vəkil deyil, Sonradan rəsmi şikayət etdik, pulu geri qaytaracağına söz versə də, hər gün bir bəhanə ilə bizi aldadır".

Məsələ ilə bağlı Vəkillər Kollegiyasından Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil.
Qeyd olunub ki, həmin şəxslə bağlı əvvəllər də Kollegiyanın Rəyasət Heyətinə daxil olmuş müraciətlər üzrə tərəfimizdən vətəndaşlara izahlar verilib, şikayətləri aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib: "Odur ki, vətəndaşları sosial şəbəkələr vasitəsi ilə hüquq xidmətləri göstərən səhifələrə müraciət edərkən ünsiyyət zamanı diqqətli olmağa, şəxsi sirrlərini yazışmalarla təqdim etməməyə, hüquqi yardım göstərəcək şəxslərin vəkil olduqlarını bizim internet saytımızda (http://barassociation.az) dəqiqləşdirməyə, vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyə və yalnız vəkil bürolarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində vəkil xidmətlərinin göstərilməsi haqqında müqavilə bağladıqdan sonra ödənişlər etməyə çağırırıq".
Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər. Eyni zamanda vətəndaşlardan qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında "Qaynar xətt"ə (012 594 08 70) zəng edərək məlumat verilməsini xahiş edirik!".
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
XƏBƏR LENTİ
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir
-
225 saylı məktəbdə jurnalistlərə hücum edən şəxslə bağlı yeni faktlar
-
Paşinyan onu işdən azad etdi
-
İranda zəlzələ oldu
-
Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur
-
Azərbaycan XİN Türkiyəni təbrik etdi
-
Azərbaycanda həbsxanalarda 21 uşaq doğulub
-
Sergen Yalçınla türk futbolçular arasında gərginlik - O sözlərinə görə...
-
Ermənistan parlamentində deputatlar arasında yenə dava düşdü - (Video)
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi ADMİU-da - (Video/Foto)





